• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 17.10.2018 13:57

Gəncədə Olimpiya İdman Klubunun kikboksinq üzrə açıq birinciliyi keçirilib

KepezTV Player

Yerli Olimpiya İdman kompleksində baş tutan yarış ikinci dəfə təşkil edilib. Yarışın açılış mərasimində idmançıların paradı olub. Komandalar sırayla öz yerlərini tutublar. Rəsmi hissədə belə birinciliklərin önəmi vurğulanıb. Kikboksinq Narkomaniya və uşaq cinayətkarlığına qarşı devizi altında keçirilən bu cür yarışların azyaşlıların pis vərdişlərdən uzaq olmasında mühüm rol oynadığı diqqətə çatdırlıb. Açılışdan sonra döyüşlər başlayıb. Açıq birincilik uşaq, yeniyetmə və gənclər arasında reallaşıb. 30-dan çox şəhər və rayonun qatıldığı yarışda 450-yə yaxın idmançı mükafatlar uğrunda mübarizədə iştirak edib.

Təşkilatçılar ildən – ilə iştirakçı sayının və yarışa marağın artmasının gələcəkdə turnirin daha nüfuzlu və geniş miqyaslı olacağına şərait yaradacağını bildiriblər. 

Əldə olunan medalların əyarına görə yarışın təşkilatçısı Olimpiya İdman Klubu komanda hesabında birinci olub. Samux kollektivi ikinci, Tərtər isə üçüncü pillədə qərarlaşıb. Yekunda mükafatçılar sırasında yer alan idmançılar medal, fəxri fərman, kubok və hədiyyələrlə təltif ediliblər.

 

Orxan Cəfərzadə