• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 17.10.2018 13:36

Samuxda sağlmalıq imkanları məhdud olan şagirdlər mükafatlandırılıb

KepezTV Player

18 oktyabr Müstəqillik günü ərəfəsində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Samux rayon nümayəndəliyinin, eləcə də yerli Təhsil Şöbəsinin təşəbbüsü ilə ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanı məhdud şagirdlərin iştirakı ilə “Təhsil əngəl tanımaz” devizi altında tədbir təşkil olunub. Samux Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər sağlamlıq imkanları məhdud olan uşaqlara dövlət qayğısından danışıblar. Onların həmyaşıdları kimi normal təhsil almaları üçün yaradılan imkanlardan söz açıblar. Bu istiqamətdə Bilik Fondunun fəaliyyəti yüksək qiymətləndirilib. Samux rayonunun ümumtəhsil məktəblərində xüsusi təhsil alan 13 sağlamlıq imkanı məhdud olan şagird var. Tədbirin sonunda şagirdlərə Samux rayon Təhsil Şöbəsinin qiymətli hədiyyələri təqdim olunub.

Nuridə Həsənova - Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsi: İnsan gərək daxilən qüsurlu olmasın. Daxilən qüsurlu olan insanları düzəltmək çətindir. Ancaq fiziki qüsurlu insanlar cəmiyyətə faydalı ola bilərlər. Biz şagirdlərimizə bu barədə maraqlı videoçarxlar təqdim edirik ki onlar baxsınlar və heç vaxt ruhdan düşməsinlər. Yəni onlarda hər hansı bir fiziki qüsurun olmasını düşnməsinlər. 

 

Natiq Hüseyn