• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2251
— 17.10.2018 12:47

Qoyun oğrusu saxlanıldı

KepezTV Player

Hacıqabulda qoyun oğrusu saxlanılıb. Oktyabrın 14-də Hacıqabul rayon sakini Rafail Rzayev RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evin bağ sahəsindən 9 baş qoyunun oğurlandığı barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş 61 yaşlı Vidadi Qasımov saxlanılıb. Dindirilmə zamanı V.Qasımov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qoyunlar ondan maddi sübut kimi götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.