• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 17.10.2018 12:55

Evlərə qənim kəsilən keçmiş məhkum saxlanıldı

KepezTV Player

Astara şəhər sakini Rövşən Heydərov yaşadığı evdən 2 ədəd mobil telefonun oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan araşdırma zamanı oğurluğu törədən şəxsin əvvəllər cinayət məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş, rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən 12 bükümdə ümumi çəkisi 0,633 qram olan heroin aşkar edilərək götürülüb. Hüseynovun rayon ərazisində daha 2 yaşayış evindən oğurluq etdiyi də məlum olub. Faktla bağlı araşdırma aparılır.