• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 17.10.2018 10:03

Microsoft premial qulaqlıqlar bazarında Sony və Bose-la rəqabət aparacaq

Microsoft şirkəti bahalı və yüksək keyfiyyətli qulaqlıqlar bazarına çıxdığını elan edib. Surface Headphones adlı naqilsiz model Cortana səs köməkçisini və səs izolyasiyasını dəstəkləyir. $350-lıq qurğu Sony 1000XM3 və Bose Quiet Comfort II qulaqlıqları ilə rəqabət aparmalı olacaq. Sol qulaqlıq tərəfdə yerləşən dairəvi keçiricinin köməyilə səs izolyasiyasını tənzimləmək olar. Sağ tərəfdəki ilə isə səsi artırmaq və ya azaltmaq imkanı var. Qurğuda enerji yığmaq üçün USB-C quraşdırılıb və 3,5 mm audio dəlik açılıb. Bluetooth batareya sayəsində 15 saat ara vermədən musiqiyə qulaq asmaq olar. Bir neçə daxili mikrofonla Cortana səs köməkçisinə əmrlər verilir və nəticədə musiqilər dəyişilir. Surface Headphones yüngül və çox rahatdır.