• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 09.10.2018 14:59

Bıçaqlanan şəxsi xəstəxanaya polis çatdırdı

KepezTV Player

Paytaxtda qanlı hadisə yaşanıb.Sabunçu rayonu Maştağa qəsəbəsində 32 yaşlı Elsəvər Hüseynov qəsəbə ərazisində tanımadığı şəxslə mübahisə edib. Bu zaman naməlum şəxs bıçaqla Hüseynova xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Yaralıya ilkin yardımı ətrafda xidmət aparan post patrul xidmətinin əməkdaşları göstəriblər. Daha sonra polis əməkdaşları yaralını xəstəxanaya çatdırıblar. O, dərhal əməliyyata götürülüb. Həkimlər  Elsəvər Hüseynovun qarın nahiyyəsində bıçaq xəsarətləri aşkarlayıblar. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət işi başlanılıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.