• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 09.10.2018 14:58

Qəbələdə yanan ərəblərin ikisi Bakıya gətirildi

KepezTV Player

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin ikisi Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilib.Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib. Həmin şəxslər 25 yaşlı Əhməd Əlhəmidi və 29 yaşlı Nura Əlhəmididir. Bədən səthlərinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulan xəstələrin vəziyyəti ağır qiymətləndirilir.Qeyd edək ki, ötən gün səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.