• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 04.10.2018 15:20

Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb

KepezTV Player

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu təmiri nəzərdə tutulan obyeklərin sırasındadır. Yarım əsrlik tarixi olan arena bunun üçün Dövlət Proqramına salınıb. 25 000 tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, köklü yenidənqurmaya ehtiyac var. Şəhər stadionu ilə yanaşı, Gəncə Olimpiya İdman Kompleksində də rekonstruksiya işlərinin aparılması planlara daxildir. 16 il öncə istismara verilən kompleks mövcud vəziyyətinə uyğun olaraq indi əsaslı şəkildə yenilənməlidir. 

Azad Rəhimov, Gənclər və İdman naziri: “Bu gün Gəncədə olimpiya kompleksi və su hovuzu fəaliyyət göstərir. Sözsüz ki, təmirə ehtiyac var, çünki qurğu bir neçə il öncə tikilib istifadəyə verilib. Yenisinin təməli qoyulub, inanırıq ki, qısa müddətdə tikilib istifadəyə veriləcək. Gəncə stadionu Dövlət Proqramında var, çalışacağıq ki, növbəti  illərdə orada təmir olunsun”.   

Azad Rəfi