• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 18.09.2018 16:40

Gəncə Dövlət Dram Teatrı 124-cü mövsümü “Hellados” əsəri ilə açıb

KepezTV Player

Gəncə Dövlət Dram Teatrı 124-cü mövsümü gürcü dramaturqu Nodar Dumbadzenin “Hellados” əsəri ilə açıb. Xalq və əməkdar artistlər ilə yanaşı gənc aktyorların da rol aldığı səhnə əsrində iki nəfərin dostluğundan və bunun fonunda vətənə, torpağa, xalqa sevgi nümayiş olunub. 90 dəqiqəlik yeni tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Alim Məmmədov xalq artisti:“Mənim yaratdığım, oynadığım obraz milliyətcə yunandır. O Yunanıstandan gəlib. Tamaşanın neca alınıb, alınmamasını isə tamaşaçılar deyər.

Ruslan Hüseynov aktyor:Burada əslən Yunan olan və Gürcüstanda böyüyən Yanqul obrazı, mənim tərəf müqabilimin canlandırdığı obraz və mənim canlandırdığım obraz Camal. Bu iki obrazın arasında olan kanfilikdən, tərəddüddən və eyni zamanda bu tərəddüdün içində yeni bir dostluğun yaranması və bu dostluğa verilən qiymətdir.

Dram Teatrı mövsümü “Hellados” ilə başlasa da, teatr sevərlər il ərzində səhnədə yeni tamaşalara da baxa biləcəklər.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru:“Bu tamaşalardan Ofelya Mədətqızının “Sevgi ölmür” əsəri bizim gənc rejissorumuz Elşad Əhmədovun quruluşunda öz səhnə həllini tapıb. İkinci Tuncer Cuceroğlunun “Matruşka” əsəridir, yenədə Elşad Əhmədovun quruluşunda olacaq. Üçüncü tamanın isə bu gün premyerasını qeyd edirik. Bunun ardınca İradə Gözəlovanın quruluşunda Vilyam Şekspirin “Hamlet” tamaşası da hazırlanacaqdır.

 

Elnur Vahidoğlu