• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 17.09.2018 14:51

Ölkə ərazisində iri heyvanlar arasında dabaq xəstəliyinə qarşı tədbirlərə başlanılıb

KepezTV Player

Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri heyvanlar arasında dabaq xəstəliyinə qarşı tədbirlərə başlanılıb. Bu məqsədlə Goranboy rayon ərazisində 42 min baş iri buynuzlu heyvanın qeydiyyatı tutularaq vaksinasiyası həyata keçirilir. Bunula yanaşı cavan iribuynuzlular arasında qarayara xəstəliyinə qarşı da revaksinasiya işləri aparılır. Peyvəndləmənin gələn ay yekunlaşdırılması nəzərdə tutulur.

Elsəvər Hüseynov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: – “Goranboy rayon Baytarlıq İdarəsi sahibkarlara xəbərdarlıq edərək bildirir ki, dabaq xəstəliyinin yayaılmasınını qarşısını alamq üçün baytarlıq sanitariya qaydalarına əməml olunsun və baytar həkimlərin tədbirlərin aparılmasına şərait yaratsınlar. Hazırda Goranboy rayon ərazisində epizootik durum sabitdir, heç bir infeksion xəstəlik qeydə alınmayıb.