• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 23.08.2018 14:36

Ağstafanın kartof sahələrində məhsul boldur

KepezTV Player

Əvvəllər əsasən qərb bölgəsində Tovuz və Gədəbəydə kartof becərilirdisə, indi qonşu rayonlarda da bitkinin kütləvi becərilməsi həyata keçirilir. Ağstafada da kartofçuluq üzrə ixtisaslaşma gedir və təsərrüfatçıların bu sahədə təcrübəsi və səriştəsi getdikcə artmaqdadır. Rayonun Dağ Kəsəmən kəndində traktorla yığımı aparılan kartof məhsuldarlığı və keyfiyyəti ilə seçilir. Torpaq sahibləri elə ilk yığımdan nikbindirlər. Məhsulun bol olması onları növbəti mövsümdə kartof sahələrini artırmağa həvəsləndirir. Bu il rayonun 26 kəndində 640 hektar sahədə kartof əkilib. Sahələrdə bu ilki orta məhsuldarlıq 30-35 ton təşkil edir ki buda ötən ilkindən 20 faiz çoxdur. Fermerlər kartofun satışında da problem yaşanmadığını deyir.  

Asif Allahverdiyev - təsərrüfat sahibi: Yığılan məhsul sahələrdə alıcılara satılır. Yəni satışda çətinlik yoxdur. Məhsulumuz satış üçün çox yararlıdır. Bu il ziyaveriiclərə qarşı vaxtında tədbir gördük.

Natiq Hüseyn