• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 16.08.2018 16:43

Türkiyə yığması Göygöldə

KepezTV Player

Yunan-Roma güləşi üzrə Türkiyə milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Yığmamızla birgə məşq edən "ay-ulduzlular" ölkəmizə 26 pəhləvanla gəliblər. Oktyabrda keçiriləcək Dünya Çempionatı öncəsi əsas hazırlıqlardan sayılan Göygöl toplanışında böyüklərlə yanaşı, gənclər də yoxlanılır. Qonşu ölkə yığmasının heyətində dünya və Avropa çempionları, həmçinin olimpiya oyunlarının mükafatçıları yer alıb. Əsasən fiziki göstəricilərin yaxşılaşdırılmasına yönələn təlim-məşq toplanışı avqustun 19-dək davam edəcək.

Orxan Cəfərzadə