• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 15.08.2018 14:55

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev növbəti mövsüm də ölkə xaricində çıxış edəcək

KepezTV Player

2016-cı ildən karyerasını Ukraynada davam etdirən gəncəli basketbolçu yenidən legioner həyatı yaşamaq niyyətindədir. Ötən il “Kremen” klubunun şərəfini qoruyan Həmzəyev böyük ehtimalla yenə bu ölkə klublarından birinin formasını geyəcək. Nizami yurdunun yetirməsi Kremençuk təmsilçisinin heyətində bir sıra uğurlara imza atıb, bununla yanaşı, Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi oyunlarında kişilərdən ibarət yığma komandamızın heyətində 3-ə 3 növü üzrə qalib adını qazanıb.

 

Orxan Cəfərzadə