• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 15.08.2018 12:58

57 yaşlı piyadanı maşın vurdu

KepezTV Player

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Şəhər sakini 57 yaşlı Məzahir Pənahov Şah İsmayıl Xatai prospektində yolu keçmək istəyərkən maşınla vurulub. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.