• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 14.08.2018 16:42

Hipodinamiyanın yaratdığı problemlər...

KepezTV Player

Son illər “Hipodinamiya”, başqa sözlə azhərəkətlilik kimi bir problem aktual olub. Elmi-texniki inkişaf sayəsində insanın fiziki əməyinə ehtiyac günü-gündən azalır. İndi oturaq işlərdə işləyənlərin sayı ağır fiziki əməklə məşğul olanların sayından çoxdur. Azhərəktlilik öz növbəsində müxtəlif xəstəliklərin meydana çıxmasına səbəb olur. Problemdən çıxış yolunu axtarmağa çalışacağıq.

Bəli, gündəlik piyada gəzintilər, bədən tərbiyəsi, üzgüçülük olduqca faydalıdır. Həm fiziki, həm mənəvi sağlamlıq baxımından. Aparılan tədqiqatlar, mütəxəssis tövsiyələri göstərir ki, bir çox xəstəliklərdən kənar gəzmək öz əlimizdədir.