• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 13.08.2018 15:16

Gəncədə gənc əsgərlər Vətənə sədaqət andı içiblər

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bütün hərbi hissələrdə, o cümlədən Gəncədəki N saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib. Gənc əsgərlərin andiçmə mərasimi də təşkil olunub. Hərbi hissə rəhbərliyinin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər keçirilib, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb. Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.