• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 13.08.2018 13:36

Heyvan oğurlayanlar ələ keçdilər

KepezTV Player

Göygöldə heyvan oğurlayan şəxslər saxlanılıblar. Şəhriyar kənd sakini Allahverdi Qarayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13000 manat olan 10 baş iri buynuzlu mal-qaranı və 1 rəst atını oğurladığını bildirib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Qalib Qurbanov və Goranboyun Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 24 yaşlı Elzamin Bayramov saxlanılıb. Onların bu il iyul ayının müxtəlif vaxtlarında digər rayonlarda da analoji cinayətləri törətməklə ümumilikdə 51 baş iri və xırda buynuzlu heyvaları oğurladıqları müəyyən olunub. Dindirmə zamanı saxlanılan şəxslər əməllərini etiraf ediblər.