• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 13.08.2018 13:30

Sərnişin avtobuslarını içkili idarə edən sürücülər saxlanıldılar

KepezTV Player

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə reyd keçirilib. Bu dəfə müxtəlif qayda pozan sürücülərlə yanaşı, sərnişin daşıyan iki avtobusu sərxoş halda idarə edən sürücülər də aşkarlanıblar.

Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları Gəndov-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində və Nabranda avtoreyd təşkil etdi. Ümumilikdə qayda pozan 51 sürücü barəsində inzibati cəza tədbirləri görüldü. 4 sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşdi. Bunlardan 2-si 15-20 nəfər sərnişinlə yola çıxan avtobus sürücüləri olub.

Qayda pozan sürücülərdən beşi avtomobili sürücülük hüququ olmadan idarə edib. Reyd zamanı avtomobilə əlavə dəyişikliklər edən, ötmə və manevr qaydasını pozan sürücülərdə aşkarlandı.

Reydlərin bundan sonrada mütamadi olaraq davam etdirilməsi planlaşdırılır.