• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 13.08.2018 13:18

Piyada yol qəzası nəticəsində dünyasını dəyişdi

KepezTV Player

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb. Əliabad kənd sakini, 35 yaşlı Qabil Qasımov "VAZ 2107" markalı avtomobillə vurulub. Yaralı xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.