• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 807
— 09.08.2018 13:18

İkimərtəbəli evdə yanğın olub

Tovuzda fərdi yaşayış evində yanğın olub. Hadisə Qovlar şəhərində Nəriman Nərimanov küçəsi, ev 45 ünvanında baş verib. Alov Tural Əsgərova məxsus ümumi sahəsi 800 m² olan ikimərtəbəli, 16 otaqlı evin 1-ci mərtəbəsində meydana gəlib. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və alov tam söndürülüb. Hadisə zamanı evin birinci mərtəbəsi içərisindəki əşyalarla birgə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.