• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 08.08.2018 15:00

Gəncədə ibtidai sinif müəllimləri üçün “Məktəbə hazırlıq qruplarının təşkili və metodikası” adlı kurs keçilir

KepezTV Player

Təhsil Nazirliyinin təşkil etdiyi kurs da  bu ilin oktyabırın 1-də məktəbə hazırlıq qruplarında 5 yaşlı uşaqlara dərs keçəcək müəllimlər iştirak edir. Avqustun 6-dan başlanılan kursda Gəncənin 8 məktəbinin 52 pedaqoqu iki növbədə iştirak edir. Ümumilikdə kurs 140 müəllim üçün nəzərdə tutulub və həmin müəllimlərdə avqustun sonuna kimi 1 həftə ardıcıl olaraq kurslar olacaq. Burada ibtidai sinif müəllimlərinə fiziki inkişaf, idrak, uşaqların estetik duyumu və uşaqla unsiyyətin yolları izah edilir. Bunları dərindən bilən pedaqoq  gələcəkdə sağlam şəxsiyyət böyütmüş olacaq. Kurslar bitdikdən sonra Təhsil Nazirliyi tərəfindən müəllimlər imtahan ediləcək və onlara sertifkatlar veriləcək.

Vəfa Cəfərova - təlimçi – “Məqsəd uşaqları birinci sinfə hazırlamaq, onlara kömək etmək, məktəbə uyğunlaşdırmaq, məktəbdə özlərinə dost tapmaq, müəllimlə dostlaşmaqdı. Birinci növbədə kiçik yaşlı uşaqların sağlamlığını qorumaq, musiqi duyumlarını öyrətmək, onlara oxumaq, yazmaq gözəl nitq öyrətməkdi”.

İradə Abdullayeva - iştirakçı – “Dərslərimiz çox maraqlı keçir. Çalışırıq  ki, hər birimiz yeniliklərlə tanış olaq və onları dərslərimizdə tətbiq eləyək”.

Gülbəniz Məmmədova - iştirakçı – “5 yaşlıların kursunda ilk dəfədir ki, mən iştirak etməliyəm.Kurslar çox gözəl keçir. Bilmədiyimizi burada bizə tam aşılıyıb öyrədirlər.Bizdə çalışacağıq ki, öyrəndiklərimizi 5 yaşlı uşaqlara rahat çatdıra bilək ki, bunları mənimsəsin”.

 

Elnur Vahidoğlu