• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 20.07.2018 15:57

Avtomobillərə qənim kəsilənlər saxlanıldılar

KepezTV Player

Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səlimli soyadlı şəxsə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.