• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1181
— 18.07.2018 17:10

Göygöldə turisitlər üçün məlumat verici lövhələr qoyulub

KepezTV Player

Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyətin qorunması proqramı əsasında füsünkar təbiəti olan Göygöl rayonunda məlumat verici stendlər yaradılıb. Göygöl Tarix Diyarşünaslıq muzeyində təşkil olunan təqdimat mərasimində rayon rəhbərliyi ilə yanaşı millət vəkilləri, mədəniyyət nazirliyinin rəsmləri, eləcə də Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab da iştirak edib. Qonaqlar əvvəlcə yol nişanları, məlumat lövhələri və stendlərin qurulması konseptinə baxış keçiriblər. Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıqdan, ölkələrin dostluq əlaqələrindən söz açılan görüşdə almanların qədim yaşyaış məskəni olan Göygöldə tarixi memarlıq incilərinin hal-hazırda qorunub saxlanıldığı diqqətə çatdırılıb. Daha sonra seçilmiş lövhə və stendlərin açılışı ilə əlaqədar gəzinti təşkil edilib. Qonaqlar həmçinin qədim alman kilsəsində "Azərbaycan memarlığında alman irsi“ kitabının təqdimat mərasimində də iştirak ediblər. Kitabda Alamanların Azərbaycanda yaşam tərzi, qədim alman izlərinin ölkəmizdə qorunub saxlanılması, multikultural dəyərlərimiz öz əksini tapıb. .

Mixael Kindsqrab Almaniyanın Azərbaycandakı səfiri: Bu gün Göygöldə rayonunda olmağımızdan çox məmunuq. Almaniya respublikası öz 3 layihəsi ilə iştirak edir. Birinci ən zəngin layihəmiz bələdçilik sisteminin qurulmasıdır. İkinci layihə Azərbaycanda Alman Memarlıq irsinə həsr olunmuş bir kitabdır. Uçüncü layihəmiz isə payız aylarında reallaşacaq böyük bir sərgidir. Bununlada biz həm ölkə rəhbərliyinin Azərbaycanda Alman irsinə göstərdiyi diqqəti dəstəkləyərək öz töhfəmizi vermiş oluruq. Eyni zamanda ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə və bu bölgədə turizmin inkişafına təkan vermək istəyirik.

Sona Əliyeva millət vəkili: Əlbəttə ki bu layihə turistik cəhətdən çox əhəmiyyətlidir. Həm xarici həm də yerli turistlər üçün hər bir bölgənin regionun tarixi və sosial iqtisadi həyatı eləcədə mühüm əhəmiyyətli dəyişiklikləri öyrənmək çox vacibdir. Bu baxımdan layihənin əhəmiyyəti çox önəmlidir və inanıram ki bu layihə təkcə Göygöllə məhdudlaşmayacaq. Eyni zamanda Alman izlərinin olduğu digər şəhərlərədə gedib cıxacaq.

Natiq Hüseyn