• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 03.07.2018 15:27

Bu gün Dövlət İmtahan Mərkəzin tərəfindən Şəmkir rayonunda 9 və 11-ci sinif şagirdləri üçün imtahan keçirilib

KepezTV Player

Nizami adına tam orta məktəbdə təşkil olunan imtahanda 534 9-cu sinif şagirdi iştirak etməli olduğu halda, 2 nəfər imtahana qatılmayıb. Buraxılış imtahanına nəzarəti təmin etmək məqsədilə sözügedən məktəbdə 3 imtahan rəhbəri və 37 nəzarətçi-müəllim təhkim olunub. İmtahanda iştirak edən, IX sinif şagirdləri iki fənndən – Azərbaycan dili və riyaziyyatdan imtahan veriblər. Saat 10-da başlayan imtahandan fərqli olaraq 11-c-nin bilikləri saat 15-də sınanacaq.  

Nəsimi Məmmədov – ümumi imtahan rəhbəri:“Heç bir ümumi gedişatla bağlı, şagirdlərlə bağlı heç bir problem yaranmamışdır. Imtahanın nəticələri isə yaxın günlərdə iki gün ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi saytına yerləşdiriləcək. Ümumitəhsil müəssisələrinin buraxılış imtahanlarında üzürlü səbəbdən iştirak etməyən və hansı ki, lX və Xl-ci sinif şagirdləri və eləcə də, exterinant qaydada qeydiyyatdan keçən və əvvəlki illərdə tam orta təhsil və ümumi orta təhsili bitirən şagirdlər iyul ayının 10-da yekun imtahan prosesində iştirak edəcəklər. İyul ayının 10-da ümumitəhsil müəssisələrinin buraxılış imtahanları tam yekunlaşdıqdan sonra artıq Dövlət İmtahan Mərkəzi tərəfindən Respublikanın ali təhsil müəssisələrinin yay imtahanı həyata keçiriləcəkdir.