• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 30.06.2018 13:48

Azərbaycan Dövlət Aqrar Universitetində Cəlal Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı konfrans keçirlib

KepezTV Player

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və elmi nəaliyyətləri ilə Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyənləşdirərək onun aktual problemlərinin həllinə sanballı töhfələr verib. Alimin nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrinin tətbiqi respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın  yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gəncədə “Cəlal Əliyev Azərbaycanın biologiya elminin ən görkəmli şəxsiyyətlərindən biridir” mövzusunda keçirilən elmi-nəzəri konfransda səslənən bu fikirlər alimin kənd təsərrüfatı bitkilərinin tədqiqinə verdiyi töhfə olaraq qiymətləndirilib. Əsasən də buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsi, fotosintez və fototənəffüs proseslərinin kompleks şəkildə araşdırmasında göstərdiyi xidmətlərdən danışılıb. Yaratdığı yeni məhsuldar buğda sortlarının milli bitki genetik ehtiyatlarının əsasını qoyduğuna diqqət çəkilib. Akademikin yaratdığı elmi məktəbin nümayəndələrinin dünyada aqrar elmin inkişafına verdikləri töhfələr vurğulanıb. Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan konfrans ölkə prezidentinin Cəlal Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı imzaladığı sərəncadan irəli gəlib.