• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 29.06.2018 14:58

Ağstafada şəhid əsgərin xatirə kompleksinin açılışı olub

KepezTV Player

Ağstafanın Qıraq Kəsəmən kəndində şəhid Adil Tatarovun 40 mərasimi şəhidin təhsil aldığı orta məktəbdə xatirə kompleksinin açılışı ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında, qarşıya qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid əsgərin ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunduğu xatırlanıb. “Günnüt zəfəri” adlı vətənpərvər mahnının təqdimatından sonra təşkil olunan 40 mərasimində hərbçinin keçdiyi döyüş yolu, qəhrəmanlığından bəhs edilib. Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

 

Natiq Hüseyn