• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 27.06.2018 11:02

Pagani Zonda art-kara çevrildi

Dəri materiallar hazırlamaq üzrə ixtisaslaşan Foglizzo adlı Turin fabriki art-kar stilində Pagani Zonda təqdim edib. Maşının kuzovu ərəb əsilli rəssam Şalemar Şərbətli tərəfindən rənglənib və müxtəlif çalarlar tətbiq olunub. Kuzovun hər hissəsi üçün Şərbətli müxtəlif rənglərdən istifadə edib. Öndə göy və yaşıl rənglər dominantdır. Sürücü tərəfdə bir qədər soyuq rənglər gözə dəydiyi halda, sərnişinlər tərəf isti rənglərlə boyanıb. Arxa isə daha əvvəl qeyd olunan rənglərin qarışığıdır. Şərbətli öz əl işini “hərəkət edən incəsənət” adlandırıb.