• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 22.06.2018 14:50

Şəmkirdə baramanın məhsuldarlığı kümçülərin üzünü güldürür

KepezTV Player

Şəmkir rayonunda barama tədarükü yekunlaşmaq üzrədir. İstehsalçılar bu günədək qəbul məntəqəsinə 11 tona yaxın barama təhvil veriblər. Ötən illə müqayisədə bu il məhsuldarlıq qənaətbəxşdir.

Elbrus Məmmədov – kümçü: 200 qram barama qurdu götürmüşdük. Hal-hazırda 400 kloqram məhsul təhvil verdik. Normamda 400 kloqram idi. Planı artıqlaması ilə yerinə yetirdik.

Ötən il Şəmkirdə 5 tondan çox barama tədarük olunsa da bu il göstərici 11 tona yaxındır. Kümçülər yem bazasını yaxşılaşdırmaq və düzgün aqrotexniki qulluq nəticəsində məhsuldarlığı artıra bilib.   

Vaqif Əliyev - icra nümayəndəsi: Bizim barama planımız qəsəbəmiz üzrə götürmüşdük 240 qram barama qurdu götürmüşdük. Hal-hazırda 80 faiz 400 kloqram təhvil vermişik. Yerdə qalanları isə sabah təhvil verəcəyik. Yəqin ki Kür qəsəbəsi eləcədə Şəmkir rayonu öz sözünü deyəcək.

Rayon üzrə 312 qutu barama qurdu yerli kümçülərə paylanılıb və tədarük Şəmkirin 36 yaşayış məntəqəsi üzrə aparılıb. Əldə edilən barama “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib.

Kamil Yusifov - Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: Ötən il tam təcrübəmiz yox idi. Ötən ildən bəri kümçülərimiz tam təcrübə toplayıb. Hazırda kefiyyətli barama istehsal olunub təhvil verilir. Heç bir çətinlik yoxdur.

Baramanın bir kloqramı üçün kümçülərə “Şəki-İpək” AÇIQ Səhmdar Cəmiyyəti 4, dövlət tərəfindən isə 5 manat subsidya ödənilir.

 

Natiq Hüseyn