• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2035
— 20.06.2018 14:08

Baytar həkimləri isti yay günlərində fermerləri diqqətli olmağa çağırır

KepezTV Player

Mal-qara arasında yayıla biləcək xəstəliklərin vaxıtnda qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq  Nəzarəti Xidməti proflaktik tədbirləri davam etdirir. Şəmkir rayonnda da epizootik plan əsasında iri və xırda buynuzlu heyvanlar bruselloz xəstəliyinə qraşı peyvəndləməyə cəlb olunub. Baytarlar proflaktik tədbirlərlə yanaşı fermerlərə tövsiyyələr də verir.

Məmməd Qasımov - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: Kölgə olmaması nəticəsində günvurmalar yaranır. O da bir az çətin müalicə olunur. Tövsiyyəm odur ki hər gün günorta saat 12-dən 5-ə qədər heyvanlara kölgəlik versinlər.

Baytar həkimlər isti yay günlərində fermerləri diqqətli olmağa çağırır. Profilaktik tədbirlərlə yanaşı heyvanların saxlanılması və yemlənməsinə də diqqət yetirməyin vacibliyi vurğulanır. İyunun əvvəlindən etibarən baytar həkimlər iri və xırda buynuzlu heyvanları bruselloz əlehinə peyvənd etməklə yanaşı təsərrüfat sahiblərini məlumatlandırır da. Artıq Şəmkirdə 5000 başdan çox mal-qaraya vaksin vurulub.

Niyaməddin Bayramov – fermer: Təsərrüfatımızda 100 baş mal var. Vaxtlı-vaxtında həkimlər tərəfindən qabaqlayıcı tədbirlər görülür. Heç bir narzaılığımız yoxdur.

Rayonda iri buynuzlu heyvanların baş sayı 61 minə, xırda davarların sayı isə 294 minə yaxındır. İl ərzində epizootik plan əsasında profilaktik tədbirlər vaxtında yerinə yetirilib.

Məmməq Qasımov - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: Hal-hazıradək iri və xırda buynuzlu heyvanlar eləcədə tək dırnaqlı heyvanlar arasında qarayara dabaq xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Iri buynuzlu heyvanlarda qan nümunəsi götürülərək bruselloz əlehinə seroloji müayinə aparılıb. Şəmkir rayonunda epizootik durum sabitdir heç bir xəstəlik qeydə alınmayıb.

Şəmkirdə 16 baytar sahə məntəqəsinin baytarları ərazi üzrə fermer təsərrüfatlarındakı vəziyyətə nəzarət edirlər.  

 

Natiq Hüseyn