• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 20.06.2018 13:19

Paytaxt sakini xalası oğlunu bıçaqlayıb

KepezTV Player

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Olay Zabrat qəsəbəsində qeydə alınıb. Yeni Məhəllə ünvanında yaşayan 32 yaşlı Nicat Abdullayev şəxsi münasibətlər zəminində xalası oğlu ilə mübahisə edib. Nəticədə tərəflər arasında dava düşüb və Nicat Abdullayev xalası oğlu tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta ağir qiymətləndirilir. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.