• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1419
— 20.06.2018 11:02

Bu maşın Boeng sərnişin təyyarəsi çəkib apardı

Avstraliyanın Qantas aviaşirkəti Tesla Model X P100D elektrokrossoverinin Boeing 787-9 Dreamliner sərnişin təyyarəsini necə dartıb apardığını göstərən video paylaşıb. Görüntülər Melburn aeroportunda qeydə alınıb. Elektrokarın iki elektromotoru ümumilikdə 773 at gücü verir. Onlar 100 kilovatt-saat həcmli akkumlyatorlardan qidalanır. 2469 kiloqramlıq maşının çəkib apardığı təyyarə isə 193 tondur. Boş vəziyyətdə Boeing 787-9 Dreamliner-in çəkisi 126 tona çatır. Göyərtəyə 290 sərnişin və 126 ton yanacaq qəbul etmək mümkündür. Laynerin maksimal sürəti saatda 956 kilometrdir.