• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1515
— 20.06.2018 11:00

Lenovo ThinkPad P52 təqdim olundu

Lenovo şirkəti yeni ThinkPad P52 noutbukunu təqdim edib. Bu, hazırda şirkətin 15,6 düymlük ən güclü noutbuku adına namizəd mobil işçi stansiya sinfinə aid modeldir.

4K Ultra HD (3840 x 2160 piksel) təsvir ölçülü 15,6 düym diaqonallı ekranla təchiz edilən noutbuk səkkizinci nəsil altınüvəli Intel Xeon prosessorlarını, NVIDIA Quadro P3200 qrafik sürətləndiricisini, 128 qiqabaytlıq operativ yaddaşı və 6 terabaytlıq quraşdırılmış yaddaşı dəstəkləyir.

Çəkisi 2,44 kq təşkil edən yeni qurğunun rəqəmli bloka malik klaviatura, işıqlandırıcı və suyadavamlı mühafizə, barmaq izi skaneri və istifadəçinin identifikasiyası üçün Windows Hello infraqırmızı kamerası var. Cihazda həmçinin iki Thunderbolt 3 portu, HDMI 2.0 və mini DisplayPort 1.4, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, Ethernet, SD kart oxuyucusu və üç USB 3.1 Type-A portu nəzərdə tutulub. Bundan əlavə, Wi-Fi (802.11ac), Bluetooth 5.0 və 4G LTE modulları dəstəklənir.

Satışına bu ay ərzində başlanacaq ThinkPad P52 noutbukunun tövsiyə edilən qiyməti barədə məlumat verilmir.