• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 20.06.2018 11:03

Dreq-yarış: 6 təkərli yolsuzluq maşını və Mercedes-AMG superkarı

Sosial şəbəkələrdə Mercedes-AMG GT S superkarı ilə 6 təkərli Devel Sixty yolsuzluq avtomobilinin yarış videosu peyda olub. Devel Sixty 700 at güclü 6,7 litrlik V8 motorla şütüyür. İlk 96 km/saat sürəti maşın 5,8 saniyəyə yığır. Ofroudun təchizat siyahısında tənzimlənən asma, qaranlıqda arxa və önü göstərən sistem, ventilyasiyalı və qızdırılan oturacaqlar, həmçinin arxa və qabaq kameraları yer alıb. Mercedes-AMG GT S-ə gəldikdə o, 522 at güclü 4 litrlik mühərriklə komplektləşdirilir. Yerindən 100 km/saat sürəti superkar 3,9 saniyəyə yığır. 310 isə onun maksimal sürətinin göstəricisidir.