• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 19.06.2018 17:40

Göygöl Meşə Mühafizəsi Bərpası Müəssisəsi xidməti əraziyə nəzarəti gücləndirib

KepezTV Player

Göygöl Meşə Mühafizəsi Bərpası Müəssisəsinin işçiləri meşələrə qanunsuz müdaxilələrin qarşısını almaq üçün xidməti əraziyə nəzarəti gücləndirib. Müəsisənin meşə gözətçilərinin 24 saat fasiləsiz apardıqları yoxlamaların nəticəsidir ki, ilin əvvəlindən indiyə kimi 8 qanun pozuntusu aşkarlanıb. Onlardan 2 nəfər yaş kök üstə ağac kəsən, 6 nəfərin isə 30 kub metr qanunsuz odun daşıdığı üçün məsuliyyətə cəlb edilib. Yaş kök üstə ağac kəsənlərin hər birinə 700 manat cərimə və dövlətə dəyən ziyanın ödənilməsi, qanunsuz odun daşıyanlara isə dövlət meşə fonduna dəyən 3700 manatdan artıq vəsait ödətdirilib. Ümimilkdə Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 15 min hektara yaxın xidməti ərazisində Hacıkənd və Zurnabad meşə bəyliyi var. Meşə ərazisinin ətraf kəndlərdə saxlanılan mal-qaradan qorunması üçün çəpərləmə işləri də davam edir.  İllin əvvəlindən indiyə kimi müəsisənin işçiləri 10 km meşə ətrafı əraziyə tikanlı məftil çəkilib.

Vəliyəddin Baxışəliyev Göygöl Meşə Mühafizəsi  Bərpası Müəssisəsinin mühəndisi: İki nəfər vətəndaş yaş üstə kök ağac kəsmə ilə bağlı aşkarlanmışdı. Onlara da qanuna müvafiq qayda da tədbir görülmüşdü. İnzibati xətalar məcəlləsinin 253.1 maddəsinə əsasən inzibati xəta tətbiq edilərək Göygöl rayon Məhkəməsinə göndərilmişdi. Meşə fonduna dəymiş ziyan könüllü ödəndirilmişdi. Bundan başqa müəsisənin inzibati ərazisində qanunsuz yolla odun daşıma hallarının qarşının alınması üçün keçirilən reydlərdə də 6 nəfər vətəndaşa da qanunsuz oduncağın daşınması ilə bağlı meşə fonduna dəymiş ziyan hesablanmış, həmin vətəndaşlarda meşə fonduna dəymiş ziyanı könüllü ödəmişlər.