• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 18.06.2018 14:20

Gəncəli cüdoçu Samir İsmayılov Avropa çempionu olub

KepezTV Player

İsmayılov Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş veteran tatami ustaları arasında qitə yarışında fərqlənməyi bacarıb. Veteran idmançı 81 kq çəkidə Polşa, İsveçrə və Fransadan olan rəqiblərini məğlub edərək bu ünvana yiyələnib. Samir İsmayılov Azərbaycanın perspektivli cüdoçuların biridir. 33 yaşlı idmançı yığma komandanın tərkibində 23 yaşadək gənclər arasında Avropa çempionatında 2-ci yeri tutub. Bundan başqa o Dünya Kubokunun qalibi, həmçinin gümüş medalına sahib çıxıb.