• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 18.06.2018 13:36

Şəmkirdə 2018-ci məhsul ili üçün 168 min 24 hektar ərazidə dənli bitkilər əkilib

KepezTV Player

2018-ci məhsul ili üçün Şəmkir rayonunda 168 min 24 hektar ərazidə dənli bitkilər əkilib ki, bunlardan da 1284 hektarı taxıl, 3863 hektarı arpa, 150 hektar isə vələmirdir. Hazırda rayonun taxıl zəmilərində biçin kompaniyası davam edir. Bu məqsədlə aqrolizinqin və fiziki şəxlərə məxsus olan 30-dən artıq kombayın və kifayət qədər özüboşaldan texnika sahələrdə iş aparır. Şəmkir rayon Kənd təsərrüfatı İdarəsindən verilən məlumata görə, sahələrdə məhsuldarlıq hər hektar üçün 30-33 sentner təşkil edir. Əldə olunan məhsulun satışı isə hər kiloqram üçün 20-25 qəpik arasında dəyişir.

Araz Məmmədov - sektor müdiri: Hazırda 200 hektar sahədə arpa biçini yekunlaşmaq üzrədir, məhsul normaldır. Biçin kompaniyası ilə bağlı rayonu əlavə olraq 20 ədəd kombayın gətirilib ətraf bölgələrdən. Rayon Kənd Təsərrefatı İdarəsində qaynar xətt yaradılıbdır fermerlərin qarşılaşdıqları problemləri vaxında həll edilməsi üçün. Eyni zamanda hər gün sahələrdə oluruq və biçinin gedişi ilə bağlı məlumatlar əldə edirik."