• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 15.06.2018 13:21

12 kq-dan artıq narkotik müsadirə olundu

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Famil Talıbov, Masallı rayon sakinləri Çingiz İbadov və əvvəllər məhkum olunmuş Həsrət Xəlilov saxlanılıb. Onlardan ümumilikdə 12 kiloqram 250 qram tiryək və 385 qram heroin götürülüb.Saxlanılan şəxslər narkotik vasitələri İrandan Azərbaycana satmaq məqsədi ilə gətirdiklərini bildiriblər.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.