• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 15.06.2018 13:16

Meşəlik ərazidə narkotik yetişdiriblər

KepezTV Player

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, 56 yaşlı Rafael Atakişiyev və həmyaşıdı Bağdı Mustafayev saxlanılıblar. Buna onların Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən kanalın kənarında əkib-becərdikləri çətənə kollarının aşkara çıxması səbəb olub. Polis əməkdaşları ərazidən çəkisi 2 kiloqram 865 qram olan 24 ədəd kol götürüblər. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.