• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 15.06.2018 02:04

Goranboyda yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib

KepezTV Player

Goranboy rayonunda ot tayası yanıb. Hadisə rayonun Qızılhacılı kəndində baş verib. Kənd sakini Süleyman Həsənova məxsus ot tayasında baş verən yanğını söndürməyə rayon Yanğındna Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.  Alov tezliklə söndürülsə də 10 ton otdan 2 tonu yanaraq yararsız hala düşüb. Yanğın zamanı Süleyman  Həsəsnovun evinə qonaq gələn Tərtər rayon sakini 24 yaşlı Elmir Həsənli alovu söndürməyə cəhd edən zaman tüstüdən zəhərlənib. O, dərhal Goranboy rayon Mərkəzi Xəstəxansına aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Faktla araşdırma aparılır.

 

Elnur Vahidoğlu