• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2368
— 15.06.2018 00:50

Goranboyda qəza olub, ata və oğlu xəsarət alıb

KepezTV Player

Goranboy rayonun da yol qəzası baş verib. Hadisə rayonun Xoylu-Qaradağlı yolunda  olub. Rayonun Qaradağlı kənd sakini 35 yaşlı İlyas Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıda hərəkət edən yük avtomobilnin arxasına çırpılıb. Qəza zamanı “VAZ”ın sürücüsü və oğlu 12 yaşlı Xəyyam Cəfərov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xətəxanaya gətirilib və ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Məharət Kərimov həkim – “ Xəstə şöbəyə qəbul olunduqdan sonra lazımı travmatoloji tədbirlər aparılmış, müayinə olunmuş, yaralar birinci cərrahi işlənmiş və ambulator müalicə təyin olunub. Hazırda ümumi vəziyyəti ilə əlaqədar yaşadığı rayon xəstəxanasına həkim nəzarətinə göndərilib. Xəstə ilə bərabər onun onun kiçik yaşlı oğlu da gəlmişdi. Onun yaşı ilə əlaqədar olaraq ilkin yardım göstərildi və uşaq xəstəxanasına gömdərildi”.

 

Elnur Vahidoğlu