• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 14.06.2018 15:33

Samuxda son zəng çalınıb

KepezTV Player

Samux məktəbliləri də “Son zəng”in sevincini, həm də həyacanını yaşayıb. Məzunlar bu gün münasibəti ilə təbrik edilib, tələbə olaraq rayonun adını ucaltmaq arzulanıb. Müəllimləri yetirmələrinin ali məktəbdə təhsil alacağı günü səbirsizliklə gözlədiklərini gizlətməyiblər. Rayonda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan tədbirdə son illər ərzində 15 məktəb üçün yeni binanın inşa edildiyi, bir neçə təhsil ocağının əsaslı təmir olunduğuna diqqət çəkilib. Məzunlar və birincilərin maraqlı çıxışları, təhsildə fərqlənən şagirdlərin mükafatlandırılması ilə mərasim davam edib. Bu il Samux rayonunda fəaliyyət göstərən 23 tam orta məktəbi ümumilikdə 469  şagird bitirir. 9-cu sinif məzunlarının sayı isə  670 nəfərdir.

Əminə Cəfərova Samux 2 saylı tam orta məktəbin direktoru: Bu il məktəbimiz bitirən məzunlara böyük ümidlər bəsləyirik. Onlar ilk imtahanlarda yaxşı nəticə göstəriblər 25 məzundan 11-i keçdi balını toplayıb. Onlardan 1 nəfər 500 dən 3 nəfər 400 dən yüksək bal toplayıb. Ümidvarıq ki bu məzunlarımız bizim etimadımızı doğruldacaqlar.

Natiq Hüseyn