• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 14.06.2018 14:43

Həmyerlilərini oğurlayan şəxslər saxlanılıblar

KepezTV Player

Ağdaşda həmyerlilərini oğurlayan şəxslər saxlanılıblar. Hadisə iyunun 12-də baş verib. Rayonun Korarx kəndinin ərazisində rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi Abdullayevanı oğurlayıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə  cinayət işi başlanmışdır. Nəticədə polisin uğurlu əməliyyatı ilə Rövşən Xəlilov və Maqsud Mustafayev yaxalanaraq istintaqa təhvil veriliblər.

Paytaxtda Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Əliyevə küt alətlə xəsarət yetirib mobil telefonunu almaqdaküt alətlə xəsarət yetirib mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Baxşıyev və Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağabala Eyyubov əməllərinə görə qanun qarşısında cavab verməli olacaqlar.

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Əlibabayev isə həmyerlisinin hədəsinə məruz qaldığını bildirib. Onun iddiasına əsasən Mürşüd Məmmədov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1000 manat verməsini tələb edib. Polis şikayətin həqiqətə uyub-uymadığını araşdırıb. Nəticədə Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.