• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 13.06.2018 20:42

Gəlininin dayısı Gəncə sakinini yandırdı

KepezTV Player

Qohumu Gəncə sakinini sağlamlığından edib. 64 yaşlı Fikrət Əmiraslanov əl və ayaq nahiyələrinin yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona lazımi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Əmiraslanovun dediyinə görə, işlədiyi dükanda olan zaman gəlininin dayısı ailə münaqişəsi zəminində onun üzərinə benzin tökərək od vurub. Faktla bağlı araşdırma aparılır.