• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 13.06.2018 14:11

Azərbaycanlı alimlər yeni quş cinsi almağa çalışır

KepezTV Player

Respublikada ev quşlarının yeni cins xətlərinin alınması üçün sınaq təcrübəsi aparılır. Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun elmi işçiləri yeni cücələr üzərində sınaqları ətlik və yumurtalıq istiqamətində reallaşdırırlar. Yetişdiriləcək bu cinslər gələcəkdə iqtisadi baxımından səmərə verməklə fermerlərin ev quşlarının saxlanmasına marağını artıracaq.

Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun direktoru: Respublikaya silsiləsiz, sistemsiz şəkildə gətirilən quş cinsləri, xətləri Macarıstandan Daminat 143, Daminat 853, Daminatın eləcə də bir neçə formaları gətirilir və quşçuluq sahəsində özü-özlüyündə primitiv şəkildə çarpazlaşdırma aparılır. Bu da sıx imbiritin olması ilə nəticələnir və quşlarda inkişaf mərhələri daha da zəifləyir. Yem sərfiyatı artır və fermer çox vaxtı bu sahədə ziyanla çıxır. Quşların saxlanması iqtisadi sahədə səmərəli olmur.

Bu zərərləri aradan qaldırmaq üçün Azərbaycan iqlim şəraitinə uyğunlaşmış, xəstəliklərə davamlı yeni cins quşların yaradılması üzərində sınaq elmi tətqiqat işi aparılır. Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun elmi işçiləri ADAU-nun alimləri ilə birgə 2500-ə yaxın cücə üzərində təcrübə aparır və ilkin olaRAQ ev quşlarının diri çəkisi 90 qrama çatdırılıb.

Aqil Mehdiyev - laboratoriya müdiri: Cücələr ilk gələndə 31-33 qram olur. Hər 7 gündən bir bizim institutun əməkdaşları elmi işçilərlə birlikdə quşların böyümə inkişafını qənəd lələyidi, döş qüzumudur, diri çəkiləridir bunları yoxlayırıq. Gündəlik artımı nə qədərdi. İlk günlərdə çəki artımı 15-20 qram olursa böyüyənə yaxın 50-60 qram çəki artımı olur.

Burada cücələrin saxlanması üçün zoogenik qaydalara riayət olunmaqla dizinfeksiya işləri aparılır, baytarlıq tədbirləri görülür və cücələr peyvənd olunur. Yeni cinslər ətlik və yumurtalıq istiqamətində yetişdirilir.

Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun direktoru: Quşun özünün boy və inkişafı 45-50 gün ərzində yem kanversiyası çox yüksəkdi, çəki yaxşı alınır. Onun canlı kütləsi 1,3 kq çatdırılır. Bu da fermer üçün gələcəkdə əlverişli şəraitdə çox gəlir əldə etməklə sərfəlidir.

Ev quşlarının yeni cins xətləri üzərində təcrübə 2 ilə başa çatacaq.

 

Elnur Vahidoğlu