• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 13.06.2018 13:28

Avtomobillər toqquşdu, hər iki sürücü öldü

KepezTV Player

Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib. 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub. Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. "Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orxan Orucov çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü Rahid Məmmədov isə elə hadisə yerində ölüb. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.