• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2389
— 12.06.2018 16:53

Samuxda 1500 hektar sahədə taxıl biçini başa çatıb

KepezTV Player

Samuxda 1500 hektar sahədə taxıl biçini başa çatdırılıb və zəmilərdə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Hava şəraitinin müaliyim keçməsindən istifadə edən fermrlər məhsulu itkisiz toplamaq fikrindədir. Bunun üçün Aqrolizinq tərəfindən 20 kombayn ayrılıb. Bu il ümumilikdə Samuxda 10 min 639 hektar sahədə dənli bitkilər əkilib. Bu sahələrin 6570 hektarı buğda, 4069 hektarı isə arpa sahəsidir. Ötən il isə Samux 8 min 306 hektar sahədə dənli bitkilərin səpini aparılıb. Sahələrdən 21 min tona yaxın məhsul götürülüb.

Rahil Həsənov Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi:Hal-hazırdakı məhsuldarlıq ötənilkindən bir iki sentner çoxdur. Onuda qeyd edim ki biz ilkin olaraq ucqar kəndlərdə zəif məhsul olan yerlərdə biçin aparmışıq. Amma ümuməm biz məhsuldarlığı 32-35 sentener gözləyirik.

Xanlar Süleymanov fermer: Mən hər il 6-7 hektart taxıl əkirəm. Bu il 10 hektar əkmişəm. Məhsulumuz yaxşıdır. Mənə elə gəlirki orta məhsuldarlıq 35-40 sentener olacaq. Onuda biçib qapıya tökəcəyik.