• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 04.06.2018 14:55

DIM tərəfindən 2018-2019-cu tədris ili üçün magistraturaya qəbul imtahanları keçirilib

KepezTV Player

Birinci mərhələnin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən 8183 bakalavr imtahanlarının ikinci mərhələsində iştirak edib. Ali təhsil müəssisələrinin və AMEA-nın magistr pilllərini hədəf seçən bakalavrlar Bakı, Naxçıvan və Gəncə olmaqla, ümumilikdə 25 binada imtahan veriblər. Onlardan 5014 nəfər ali təhsil müəssiələrinin bu ilki, 3169 nəfər isə əvvəlki illərin məzunudur. 24 xarici ölkə vətəndaşının iştirak etdiyi imtahanlarda 7479 nəfər Azərbaycan, 704 nəfər isə rus bölməsi üzrə imtahan verib. İmtahanlara bütün binalarda eyni vaxtda start verilib. Sualların cavablandırması üçün isə 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Vüsal Cəfərov – DİM-in Gəncə Regional Bölməsinin böyük məsləhətçisi: -Bu gün keçirilən imtahan Gəncə şəhərində iki binada təşkil olunub. 1 nömrəli orta məktəb və ADAU-nun iqtisadiyyat korpusunda. 57 nəzarətçi-müəllim, 5 imtahan rəhbərinin ayrıldığı imtahanlarda 628 nəfər bakalavr iştirak edib. İmtahan keçirilən binalara FHN-nin Yanğınsöndürmə xidmətinin, Səhiyyə Nazirliyinin, DİN-nin polis əməkdaşları cəlb olunub”.

Xatırladaq ki, ikinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir və müvafiq olaraq, yalnış cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.