• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 02.06.2018 16:30

Gəncəli yazar 3-cü kitabını təqdim edib

KepezTV Player

Gəncənin ədəbi mühiti daha bir kitabın işığına toplaşıb. Şair Vidadi Əlinin “Dünya, gördüm üzünü” kitabı oxuculara təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin və jurnalistlər birliyinin üzvü olan şairin şerlərinin yer aldığı kitabda müxtəlif mövzular əhatə edilib. Artıq 3-cü kitabla oxucularının görüşünə gələn yazarın kitabda yer alan şerləri və poeması şəhərin qələm əhli tərəfindən də yüksək qiymətləndirilib. Məktəblilərin ifasında Vidadi Əlinin şerlər səsləndirilib, xalq havaları ifa olunub.