• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 01.06.2018 14:36

Gəncədə 8-ci Beynəlxalq Şairlər Gününə həsr edilən tədbir keçirilib

KepezTV Player

Türkiyədən və ölkəmizin müxtəlif regionlarından olan şair və yazıçıların iştirak etdiyi görüş gəncəli Xalq Şairi Nigar Rəfibəyliyə və Türk şairi Nigar Binti Osmana həsr edilib. Maraqla qarşılanan tədbirdə bu beynəlxalq günün əhəmiyyətindən danışılıb, Nigar Rəfibəyli və Nigar Binti Osmanın yaradıcılığına nəzər salınıb. Nigar Rəfibəyli adına 43№li tam orta məktəbin şagirdləri Nigar şeirlərindən ibarət kompozisiyalarını yığıncaq iştirakçılarına məharətlə təqdim ediblər.