• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1183
— 31.05.2018 15:43

Şəmkirin kənd məktəbində tütünə yox dedilər

KepezTV Player

Şəmkir rayonunun Qaralar kəndində 31 may Ümümdünya Tütünlə Mübarizə günündə siqaretçəkmənin zərərləri Şəmkirdə məktəblilərə aşılanıb. Tütündən istifadənin təhlükəsi və tütün epidemiyasına qarşı aparılan mübarizə metodlarından danışıb. Dünyada ölüm səbəbləri arasında tütünçəkmənin ikinci yerdə qərarlaşdığı bildirilib. İctimai və iş yerlərində tütündən istifadənin azaldılması nəticəsində bu faktoru aradan qaldırmağın mümkünlüyünə diqqət çəkilib. Müntəzəm şəkildə siqaret çəkən insanlarda ağciyər xərçəngi başda olmaqla, nəfəs yollarının xroniki, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra qapalı məkanlarda siqaret çəkmənin məhdudlaşdırılması müsbət qarşılanıb. Pedoqoqlar əyani vasitələrlə tütünün yaratdığı fəsadlarla bağlı şagirldəri maarifləndiriblər, onları maraqlandıran bəzi suallara aydınlıq gətirilib.

Flora Qurbanova Qaralar kənd tam orta məktəbinin direktoru: Narkotik maddədir spirtli içkilərdir bunlar doğrudanda gəıləcəkdə şikəst uşaqların doğulmasına gətirib çıxarır. Ona görə də bu baxımdan mən bir bilogiya müəllimi kimi uşaqları daim marifləndirirəm. Məncə bu cür tədbirlər özünü müsbət tərəfdən doğruldur. Çünki bu cür görüşlər tez-tez keçirilir.

Natiq Hüseyn